DÜNYA


Angela Merkel dördüncü dəfə kansler olmaq istəyir VİDEO

A+ A

Bakı, 16 noyabr, AZƏRTAC

Angela Merkel 2017-ci ildə dördüncü dəfə Almaniya kansleri postuna sahib olmaq üçün mübarizə aparmaq niyyətindədir. Bu barədə Merkelin yüksək vəzifəli partiya yoldaşı, Bundestaqın xarici siyasət üzrə komitəsinin başçısı Norbert Rettgen bildirib.

AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, Almaniya hökumətinin hazırkı başçısının özü isə hələlik rəsmi olaraq elektoral planlarını elan etməyib.

Yaxın Şərqdən və Şimali Afrikadan demək olar ki, nəzarətsiz şəkildə gələn mühacirlərin Avropa İttifaqı ölkələrində qəbulu ideyasını dəstəkləyənədək Angela Merkel Almaniyada yüksək populyarlığa malik idi. Bu gün isə onun miqrantlarla bağlı mövqeyindən nəinki bir çox seçici, həmçinin hakim koalisiyadakı bəzi tərəfdaşları da narazıdır.

Son sosioloji sorğuların nəticəsinə əsasən, almanların yarıdan çoxu Merkelin növbəti dəfə hökumətə başçılıq etməsini istəmir.

Xatırladaq ki, Angela Merkel ilk dəfə 2005-ci ildə kansler seçilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.