DÜNYA
Angela Merkelin partiyası regional seçkilərdə məğlubiyyətə uğrayıb
Bakı, 5 sentyabr, AZƏRTAC
Meklenburq-Ön Pomeraniya federal torpaqlarında keçirilən parlament seçkilərində kansler Angela Merkelin başçılıq etdiyi Xristian-Demokratik İttifaqı üçüncü yeri tutub.
AZƏRTAC Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, Angela Merkelin partiyası seçicilərin cəmi 19 faizinin səsini toplaya bilib.
Seçkilərin nəticəsinə görə, ikinci yerdə 20,8 faiz səs toplayan sağçı “Almaniya üçün alternativ” partiyası gəlir. Sosial-Demokratik Partiyası isə əhalinin 30,6 faizinin etimadını qazanaraq lider mövqeyinə yüksəlib.
Ekspertlər Angela Merkelin başçılıq etdiyi partiyanın məğlubiyyətini kanslerin miqrasiya siyasəti ilə bağlayırlar. Sosioloji sorğuların son nəticələrinə əsasən, Almaniya əhalisinin təxminən yarısı onu kansler postunda görmək istəmir. BBC telekanalının fikrincə, regional seçkilərin nəticələri 2017-ci ildə keçiriləcək ümumi seçkilərdə Merkelin dördüncü müddətə seçilmək şanslarına təsir göstərə bilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [20:08]
AİB Asiya ölkələrinin əhalisi haqqında hesabat hazırlayıb
- 07.05.2024 [19:15]
Şahzadə Harri Londona qayıdıb
- 07.05.2024 [16:47]
Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb
- 07.05.2024 [16:29]
Olimpiya məşəli Fransa ərazisinə daxil olub
- 07.05.2024 [15:49]
Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir
- 07.05.2024 [15:19]
Rusiya hökuməti istefaya göndərilib
- 07.05.2024 [15:11]