REGİONLAR


Ania Broda: Təəssüf ki, yenidən Polşaya qayıtmalıyam VİDEO

Şəki, 29 iyun, Mustafa Dadaşov, AZƏRTAC

Azərbaycan həqiqətən də valehedici ölkədir. Təəssüf ki, mən yenidən Polşaya qayıtmalıyam. Ancaq ürəyimin yarısı yenə də Azərbaycanda qalacaq. Çünki buranın çox mehriban insanları, əsrarəngiz təbiəti var.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Şəki “İpək Yolu” Beynəlxalq Musiqi Festivalının iştirakçısı, polşalı müğənni, sinc ifaçısı və bəstəkar Ania Broda deyib.

Polşalı müğənni Şəkidə keçirilən festivalda iştirak etməyindən məmnun qaldığını, şəhərin gözəlliyinin onu valeh etdiyini bildirib.

Xatırladaq ki, etno, caz, xalq musiqisi və pop üslubunda ifa edən, eyni zamanda, uşaq musiqi əsərlərinin müəllifi olan Ania Broda səsinin dərin tonu, melodiyanın əsrarəngiz təsiri ilə dinləyicini valeh edən müğənnilərdəndir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.