SİYASƏT
Anita Tobias: Bakı Konqresi möhtəşəm məkanda təşkil olunub VİDEO
Bakı, 16 noyabr, Günel Məlikova, AZƏRTAC
Dünya Xəbər Agentliklərinin V Konqresinin təşkilinə və dəvətə görə Azərbaycan rəhbərliyinə və AZƏRTAC-a minnətdarlığımı bildirirəm. Konqres yüksək səviyyədə və möhtəşəm məkanda təşkil edilib.
Bu barədə Dünya Xəbər Agentliklərinin V Konqresinin iştirakçısı, Böyük Britaniyanın Reuters agentliyinin beynəlxalq satış direktoru Anita Tobias AZƏRTAC-a müsahibəsində danışıb.
O, əlavə edib ki, Konqres xəbər agentliklərinin qarşısında duran problemlərin həlli istiqamətində atılan mühüm addımdır. Burada yalnız medianın deyil, eləcə də dünyanı düşündürən məsələlərin müzakirəsi üçün çox gözəl imkanlar var.
Qonaq deyib: “İlk dəfədir Bakıdayam. Çox gözəl şəhəriniz var. Burada tarixlə müasirliyin harmoniyası məni valeh etdi”.