MƏDƏNİYYƏT


Anita Tsoy: Bakıda dostlarım var

A+ A

Bakı, 10 iyul, AZƏRTAC

Bakıdan çox xoşum gəlir. Şəhəriniz gözəldir. Ən başlıcası isə mənim Bakıda dostlarım var.

AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində “Jara” Beynəlxalq Musiqi Festivalının iştirakçısı Anita Tsoy deyib. Bakıda bundan əvvəl də olduğunu qeyd edən qonaq diqqətə çatdırıb ki, Azərbaycan xalqı səmimi, qonaqpərvər, eyni zamanda, təəssübkeşdir. Hiss olunur ki, burada insanlar çətin anda bir-birinə kömək etməyə hazırdırlar. Bu isə çox yaxşı keyfiyyətdir.

“Jara” Beynəlxalq Musiqi Festivalının insanları bir-birinə daha da yaxınlaşdırdığını deyən qonaq onun təşkilatçılarına dərin təşəkkürünü bildirib. Anita Tsoy qeyd edib ki, bu festival tamaşaçılara xoş anlar yaşadır. Qonağın sözlərinə görə, festivalın doğurduğu müsbət əhvali-ruhiyyə və xoş təəssürat uzun müddət unudulmayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.