İDMAN


Anita Vlodarçik 2016-cı ildə Polşanın ən yaxşı idmançısıdır

Varşava, 9 yanvar, AZƏRTAC

Disk tullayan Anita Vlodarçik “Przegląd Sportowy” qəzetinin və Polşa TV-nin ənənəvi reytinqinə əsasən, ötən il bu ölkənin ən yaxşı idmançısı elan edilib.

Polşanın populyar “Przegląd Sportowy” idman nəşrinin oxucularının və TVP tamaşaçılarının çoxu Anita Vlodarçikin namizədliyinə səs verib. İkinci yeri Polşa yığmasının kapitanı və Münxenin “Bavariya” klubunun forvardı Robert Levandovski, üçüncü yeri Rio-de-Janeyro Olimpiadasının gümüş mükafatçısı, disk tullayan Pyotr Malaxovski tutublar.

Gürz tullayan Anita Vlodarçik 1985-ci ildə anadan olub. O, 2016-cı ilin Olimpiya çempionu və 2012-ci il London Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı, dünya çempionu və ikiqat Avropa çempionudur. O, bu yaxınlarda Polşa Mətbuat Agentliyinin (PAP) keçirdiyi ənənəvi dünya sorğusunda doqquzuncu yeri tutub.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Varşava

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.