DÜNYA
Ankara Berlini terrorizmi dəstəkləməkdə təqsirləndirib
Berlin, 4 noyabr, AZƏRTAC
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 3-də Ankarada Prezident Sarayındakı çıxışında Almaniyanı “terrorçular üçün mühüm sığınacaq yeri” adlandırıb. Kürdüstan İşçi Partiyasının (PKK) və radikal solçu İnqilabçı Xalq Azadlıq Partiyası-Cəbhəsi (DHKP-C) qruplaşmasının silahlıları Almaniyada gizlənir. Bu qruplaşmaların hər ikisi Türkiyədə terror aktları təşkil edilməsində təqsirli hesab olunur.
Türkiyə Prezidenti deyib: “Siz Almaniyada anlayırsınızmı ki, bu terror taunu bumeranq kimi sizin özünüzə qayıdacaq? İndi siz qapılarınızı terrorun üzünə açırsınız... Bu sizə ömürlük dərs olacaq, çünki siz terroru dəstəkləyirsiniz”.
Ərdoğan AFR-i həm də 2016-cı ilin iyul ayında hərbi çevriliş cəhdinin hazırlanmasına görə məsuliyyət daşıyan Fətullah Gülənin tərəfdarlarına sığınacaq verməkdə təqsirləndirib.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin