Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Ankara Universitetində Hüseyn Cavidin yaradıcılığına həsr olunmuş elmi konfrans keçirilibVİDEO

Ankara, 27 mart, AZƏRTAC

Azərbaycanın Türkiyədəki səfirliyi və Ankara Universitetinin (AU) birgə təşkilatçılığı ilə bu təhsil ocağında görkəmli Azərbaycan şairi və dramaturqu, ictimai xadim Hüseyn Cavidin əsərlərinin Türkiyədə ilk nəşrinin təqdimatı və ədibin yaradıcılığına həsr olunmuş “Hüseyn Cavidin düşüncə dünyası və əsərləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

Tədbirdə Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov, Ankara Universitetinin rektoru, professor Erkan İbiş, tələbələr, müəllimlər, kütləvi informasiya vasitələrinin və qeyri-hökumət təşkilatlarının təmsilçiləri, türkiyəli cavidsevərlər və azərbaycanlı tələbələr, respublikamızdan gəlmiş geniş tərkibli nümayəndə heyəti, qardaş ölkənin alimləri, ədəbiyyatçıları, görkəmli elm, sənət və mədəniyyət xadimləri iştirak ediblər.

Əvvəlcə Azərbaycanın və Türkiyənin müstəqilliyi uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, hər iki ölkənin dövlət himnləri səsləndirilib.

Hüseyn Cavidin mənalı həyat və yaradıcılığına həsr olunmuş filmin nümayişindən sonra Türkiyə Böyük Millət Məclisinin deputatlarından və qardaş ölkənin nazirliklərindən konfransa ünvanlanmış təbrik məktubları oxundu.

Tədbirin açılışında səfir Faiq Bağırov, rektor Erkan İbiş, professorlar - dekan Əbdülkadir Gürer, Sema Burutcu Özönderin çıxışları dinlənilib. Hüseyn Cavid şəxsiyyətinin ucalığı barədə fikirlər söyləyən natiqlər bildiriblər ki, ədibin əsərləri türk dünyasının ortaq sərvəti, ədəbiyyatımızın qürur və iftixarıdır. Əminliklə qeyd olunub ki, təqdim edilən nəşr Azərbaycan ədəbiyyatının təbliği sahəsində görülən işlərə böyük töhfə verəcək. Ümummilli lider Heydər Əliyevin Hüseyn Cavidin Naxçıvan şəhərindəki məqbərəsində olarkən çəkilən fotoşəkillərinin, şairin mənalı ömrünü əks etdirən nadir fotoların da yer aldığı 944 səhifəlik kitab “Kaspi” Təhsil Mərkəzi tərəfindən hazırlanıb.

Aktrisalar Samirə Məmmədovanın və Nigar Bahadurqızının Hüseyn Cavidin əsərlərindən parçalar səsləndirmələrindən sonra konfrans iki bölmə iclası ilə işini davam etdirib.

Konfransda Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru, professor Kamran Əliyevin “Hüseyn Cavid min illərin ədibidir”, “Kaspi” Şirkətlər Qrupunun rəhbəri, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyevanın “Hüseyn Cavid yaradıcılığında türkçülük fikri”, professor Əhməd Bican Ərcilasunun “Hüseyn Cavidin ədəbi dili”, professor Yavuz Akpinarın “Türk ədəbiyyatı və Hüseyn Cavid”, professor Ərdoğan Uyğurun “Hüseyn Cavidin əsərləri və düşüncə dünyası”, filologiya üzrə fəlsəfə doktoru, kitabın tərtibçisi Azər Turanın “Hüseyn Cavid dramaturgiyasının özəl xüsusiyyətləri” mövzularında məruzələri dinlənilib.

Məruzələrdə dünya ədəbiyyatında özünəməxsus və təkrarolunmaz yer tutan Hüseyn Cavid yaradıcılığının ayrı-ayrı istiqamətləri təhlil olunub. Alimlər qeyd ediblər ki, Hüseyn Cavidin əsərlərinə maraq tükənməz olduğu kimi, onun yaradıcılıq yolu da sonsuzluğa doğru uzanır. Çünki Cavidin ədəbi məktəbindən dərs alanlar onun yaradıcılıq üslubundan bəhrələnərək dünya ədəbiyyatının zənginləşməsinə böyük töhfələr verirlər. Natiqlər bildiriblər ki, böyük ədibin dünya tarixinə görkəmli şəxsiyyətlər bəxş edən Naxçıvanda doğulması, Təbrizdə oxuması, təhsilini İstanbulda davam etdirərək elmin sirlərinə yiyələnməsi, Bakıda ədəbi yaradıcılığını uğurla davam etdirməsi onun fəlsəfi düşüncəsinin inkişafına əhəmiyyətli təsir göstərib. Dünyanın siyasi tarixini mükəmməl bilməsi, beynəlxalq prosesləri həssaslıqla izləməsi, humanitar elmləri dərindən mənimsəməsi Cavidin əsərlərinin mükəmməlliyində əsas amillər kimi dəyərləndirilib. Zamanın ən böyük hakim olduğunu diqqətə çatdıran alimlər qeyd ediblər ki, Hüseyn Cavid şəxsiyyəti mübarizə və qətiyyət rəmzidir. O, bəşəri dəyərlərin gerçəkləşdirilməsi arzusu ilə, eləcə də İranla Turan, türkçülük və müsəlmançılıq arasında sarsılmaz birliyin yaranması naminə tarixi çağırışlar edib. Çıxışlarda Cavidin öz əsərlərini türk dilində yazması, qüdrətli tarixi şəxsiyyətləri özünün ədəbi qəhrəmanı seçməsi onun zamanı qabaqlaması kimi qiymətləndirilib.

Alimlər əminliklə qeyd ediblər ki, böyük ədibin təqib və hədələrə məhəl qoymadan özünün həyat prinsipləri əsasında yaratdığı əsərlər tarixin bütün dövrlərində aktuallığını saxlayacaq, hər zaman sevilə-sevilə oxunaraq bəşəriyyətə fayda verəcək.

Məruzəçilər diqqətə çatdırıblar ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürk tarixi şəxsiyyətlərimizin, o cümlədən ədiblərimizin tanıtdırılması ilə bağlı böyük irs qoyublar. Hüseyn Cavidin nəşinin uzaq Sibirdən doğma Vətəni Azərbaycana gətirilməsi, Naxçıvanda dəfn olunması, məzarı üstündə möhtəşəm abidənin ucaldılması, adının əbədiləşdirilməsi, əsərlərinin kütləvi nəşri Ulu Öndərimizin türk dünyası qarşısındakı tarixi xidmətlərindəndir.

Konfransdan sonra Ankara Universitetinin tələbələri Hüseyn Cavid şeirlərinə bəstələnmiş mahnılar ifa ediblər.

Sonda konfransda məruzələri ilə seçilən və tədbirin təşkilində fəal iştirak edən şəxslərə Azərbaycanın Türkiyədəki səfirliyinin və Ankara Universitetinin xatirə hədiyyələri təqdim olunub.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Ankara Universitetində Hüseyn Cavidin yaradıcılığına həsr olunmuş elmi konfrans keçirilibVİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Çin ABŞ-dən “qırmızı xətt”i keçməməyi tələb edir

36 azərbaycanlı tələbə İsveç İnstitutunun təqaüdünü qazanıb

Füzuli sakini: Arzu edirəm bütün məcburi köçkünlər öz doğma el-obalarına qayıtsınlar

Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür

Keçmiş məcburi köçkün: Füzuliyə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb VİDEO

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB VİDEO

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər  YENİLƏNİB-2 VİDEO

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

“Laçında peşə öyrən!” adlı yarmarkada 40-dan çox peşə istiqaməti təqdim olunub VİDEO

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB VİDEO

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər

Anar Bağırov: Artıq vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir