DÜNYA


Ankarada Ali Hərbi Şuranın iclası keçiriləcək

A+ A

Bakı, 27 iyul, AZƏRTAC 

İyulun 28-də Ankarada, Çankaya köşkündə Baş nazir Binəli Yıldırımın sədrliyi ilə Ali Hərbi Şuranın iclası keçiriləcək.

AZƏRTAC Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, iclasda Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akar, milli müdafiə naziri Fikri İşıq da iştirak edəcəklər.

İclasda Fətullahçı terror təşkilatı (FETÖ) tərəfindən dövlət çevrilişinə cəhd, Silahlı Qüvvələrə yeni təyinatlar, güc strukturlarında islahatlar və s. məsələlər müzakirə olunacaq. Şuranın iclasında qəbul ediləcək qərarlar imzalanması üçün Prezident Rəcəb Tayyib Ərdoğana təqdim olunacaq.

Qeyd edək ki, Ali Hərbi Şuranın rəhbəri Türkiyə Respublikasının Baş naziridir. Baş nazir olmadıqda Şuraya Baş Qərargah rəisi rəhbərlik edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.