ELM VƏ TƏHSİL
Ankarada İslam Dünyası Ali Təhsil Konfransının təsis edilməsinə dair müzakirələr aparılır
Ankara, 26 iyul, АZƏRTAC
Ankarada İslam Dünyası Ali Təhsil Konfransının təsis edilməsi ilə bağlı müsəlman ölkələrinin tanınmış universitetlərinin rektorlarının dördüncü toplantısı keçirilir.
Türkiyə Ali Təhsil Şurasının təşəbbüsü ilə keçirilən toplantı Prezident Administrasiyasında təşkil olunub.
Toplantıda ölkəmizi müxtəlif ali məktəblərin rektorlarından ibarət heyət təmsil edib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan toplantının rəsmi açılış mərasimində çıxış edib.
İslam Dünyası Ali Təhsil Sahəsinin təsis edilməsi ideyasının məqsədi müsəlman ölkələrinin nüfuzlu ali məktəbləri arasında tələbə mübadiləsini genişləndirmək, mövcud təcrübələrdən qarşılıqlı olaraq daha səmərəli istifadə etmək, rektorluqlar arasında əlaqələri gücləndirmək, xarici ölkələrdə təhsil alan gənclərin öz vətənlərinə dönmələrinə çalışmaqdır.
Toplantı iyulun 27-də panellər üzrə davam edəcək.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara