DÜNYA


Ankarada Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin həyat və fəaliyyətinə həsr olunan konfrans keçirilib

Ankara, 8 iyul, АZƏRTAC

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Ankaradakı mənzil-qərargahında “Nursultan Nazarbayevin milli şüurun saxlanmasına dair manifesti və Türk Akademiyasının vəzifələri” mövzusunda konfrans keçirilib.

TÜRKSOY-un Baş katibi Düsen Kaseyinov və Qazaxıstanın Türkiyədəki səfiri Abzal Saparbekuli təşkil olunan konfransın əhəmiyyətindən danışıblar.

Sonra professor Ahmet Bican Ercilasun Prezident Nursultan Nazarbayevin zəngin və mənali həyat yolundan dövlət başçısı və siyasi xadim kimi Qazaxıstanın inkişafına verdiyi töhfələrdən, türk dünyasının birliyi naminə qəbul etdiyi tarixi qərarların əhəmiyyətindən danışıb. N.Nazarbayevin “Gələcəyə baxış: ictimai şüurun modernləşməsi” əsəri üzərində fikir və mülahizələrini bölüşən professor diqqətə çatdırıb ki, əsərdə qaldırılan məsələlər bütün türksoylu xalqların və türkdilli ölkələrin əsaslı inkişafı üçün tarixi əhəmiyyət kəsb edir. Bu məsələlərdə Türk Akademiyasının üzərinə tarixi missiya düşür.

Konfransdan sonra TÜRKSOY-un baş katibi Düsen Kaseyinov müxtəlif sahələr üzrə türk dünyası qarşısında xidmətlərinə görə bir qrup şəxsə təşkilatın yubiley medallarını təqdim edib. Təltif olunanlar arasında AzTV-nin Ankaradakı xüsusi müxbiri Yalçın Tahiroğlu və AZƏRTAC-ın Türkiyə üzrə xüsusi müxbiri Sabir Şahtaxtı da olub.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.