DÜNYA


Ankarada Şəhidlər abidəsi ucaldılıb VİDEO

İstanbul, 16 iyul, АZƏRTAC

Türkiyədə 2016-cı il 15 iyul hadisələrinin birinci ildönümü ilə əlaqədar tədbirlər davam edir.

Bir il əvvəl dövlətçiliyinin xilası naminə canlarından keçən qəhrəman insanların adını əbədiləşdirmək məqsədilə Ankaranın Beştəpə bölgəsində ucaldılan Şəhidlər abidəsinin açılışı olub.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan abidənin açılışında iştirak edib.

Xatırladaq ki, dünəndən etibarən Türkiyədə yüz minlərlə sakinin qatıldığı izdihamlı mitinq və yürüşlər başlayıb. Ölkənin hər yerində 15 İyul Demokratiya və Milli Birlik Gününə həsr olunmuş tədbirlər keçirilir.

“Demokratiya növbəsi” adlanan mitinq və yürüşlər bu gün saat 24:00-dək davam edəcək.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.