MƏDƏNİYYƏT


Ankarada Səməd Vurğunun yubileyi münasibətilə foto və kitab sərgisi keçirilib VİDEO

A+ A

Ankara, 17 noyabr, AZƏRTAC

Azərbaycanın və Türkiyənin Mədəniyyət və Turizm nazirlikləri, milli kitabxanaları, o cümlədən Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən Ankaradakı Türkiyə Milli Kitabxanasında Xalq Şairi Səməd Vurğunun anadan olmasının 110 illiyi münasibətilə foto və kitab sərgisi keçirilib.

Sərginin açılışında Azərbaycanın Ankaradakı səfirliyinin əməkdaşları, TÜRKSOY-un təmsilçiləri, türkdilli ölkələrin elm və mədəniyyət xadimləri, Ankara şəhər ictimaiyyətinin nümayəndələri, ədəbiyyatsevərlər iştirak ediblər.

Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov, Türkiyə Milli Kitabxanasının direktoru Zülfi Toman, Milli Məclisin deputatı, Azərbaycanda Atatürk Mərkəzinin sədri Nizami Cəfərov, ölkəmizin Mədəniyyət və Turizm Nazirliyinin TÜRKSOY-dakı nümayəndəsi Elçin Qafarlı və Səməd Vurğunun ev-muzeyinin direktoru Nüşabə Vəkilova sərginin açılışında çıxış edərək Xalq Şairinin Azərbaycan ədəbiyyatına verdiyi misilsiz töhfələrdən danışıblar. Diqqətə çatdırılıb ki, Səməd Vurğun zəngin poeziya istedadı ilə bütün türk dünyasında silinməz izlər salıb. Qeyd olunub ki, Səməd Vurğun qısa ömür sürsə də həmişəyaşar əsərləri ilə poeziyasevərlərin qəlbində özünə əbədi yer qazanıb.

Sonra Əməkdar Artist Mehriban Zəki Xalq Şairinin məşhur “Azərbaycan” şeirini söyləyib.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.