Ankarada keçirilən xeyriyyə tədbirində Azərbaycan da təmsil olunub
Ankara, 26 noyabr, AZƏRTAC
Türkiyənin Xarici İşlər Nazirliyi tərəfindən Ankarada xeyriyyə tədbiri təşkil olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan pavilyonu da fəaliyyət göstərib. Burada Azərbaycan Respublikasının yerli istehsal məhsulları, o cümlədən qablaşdırılmış qidalar, müxtəlif növ içkilər, suvenirlər və s. satışa çıxarılıb.
Azərbaycanın Ankaradakı səfirliyinin kollektivi, eləcə də Türkiyədə fəaliyyət göstərən rəsmi nümayəndəliklərin təmsilçiləri və ailə üzvləri tədbirdə iştirak ediblər. Satışdan əldə olunan bütün vəsait təşkilatçının hesabına köçürülüb.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara