SİYASƏT
Ankarada ulu öndər Heydər Əliyevin doğum günü qeyd olunub
İstanbul,11 may, АZƏRTAC
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə Ankaranın Yeniməhəllə rayonunda yerləşən Heydər Əliyev parkında Ulu Öndərimizin abidəsi ziyarət olunub.
Heydər Əliyevin abidəsi önünə əklil qoyulub, tər çiçəklər düzülüb.
Sonra tədbir Ankaradakı Heydər Əliyev Məktəbində bədii proqramla davam edib.
Tədbirdə məktəbin şagird və müəllim heyəti, eləcə də onların ailə üzvləri, Ankarada təhsil alan tələbə və müdavimlərimiz, KİV və QHT təmsilçiləri iştirak ediblər.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib.
Heydər Əliyev Məktəbinin müdiri Necattin Şengəzər Ulu Öndərin tarixi xidmətlərindən, Azərbaycan və Türkiyənin birgə inkişafı naminə həyata keçirdiyi strategiyanın əhəmiyyətindən bəhs edib.
Ulu Öndərin anadan olmasının 94-cü ildönümü münasibətilə Heydər Əliyev Məktəbinin şagirdləri arasında keçirilmiş rəsm, inşa və şeir müsabiqəsinin qaliblərinə səfir Faiq Bağırov tərəfindən hədiyyələr təqdim olunub.
Sonra Azərbaycan musiqisinin sədaları altında şagirdlər rəqs ediblər.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul