SİYASƏT


Ankaradakı diplomatik korpusun rəhbərləri Anıtqəbiri ziyarət ediblər VİDEO

A+ A

Ankara, 9 noyabr, AZƏRTAC

Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün vəfatının 78-ci ildönümü münasibətilə Ankara şəhərində akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri tərəfindən Atatürkün məzarı önünə - Anıtqəbirə əklil qoyma mərasimi keçirilib.

Tədbirdə Ankara şəhərində akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri, Türkiyə Xarici İşlər Nazirliyinin yüksək səviyyəli rəsmiləri, o cümlədən səfirliyimizin əməkdaşları iştirak ediblər.

Əvvəlcə Mustafa Kamal Atatürkün əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra diplomatik korpusun duayeni olaraq səfir F.Bağırov Atatürkün məzarı önünə əklil qoyub, Anıtqəbirin “Xatirə kitabı”na ürək sözlərini yazıb.

Qeyd edək ki, Türkiyə Respublikasının mövcud dövlət protokolu qaydalarına əsasən buna qədər rəsmi mərasimlər zamanı sadəcə diplomatik korpusun duayeni diplomatik nümayəndəliklərin rəhbərləri adından iştirak edirdi. Lakin bu il ilk dəfə olaraq diplomatik korpusun duayeni səfir F.Bağırovun dəvəti əsasında həm də Ankara şəhərində akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri mərasimdə iştirak ediblər.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.