İDMAN
Ankaradakı soydaşlarımız “Bakı-2017”nin açılış mərasiminin sevincini birlikdə yaşayıblar
İstanbul, 13 may, АZƏRTAC
IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi bütün İslam aləminin nümayəndələrini paytaxtımızda birləşdirdiyi saatlarda Azərbaycanın Türkiyədəki səfirliyi bu sevinci birlikdə yaşamaq istəyənləri bir araya gətirib. Türkiyədə müxtəlif qurumlarda işləyən azərbaycanlılar və ailələri, qardaş ölkədə yaşayıb-yaradan ziyalılarımız, tanınmış sənət adamları, qardaş ölkənin vətəndaşları, həmçinin diplomatik missiyamızın əməkdaşları bu möhtəşəm gecənin sevincini qarşılıqlı olaraq bölüşüblər.
Açılış mərasiminin birlikdə izlənməsi səfirliyə toplaşanların Bakı Olimpiya Stadionundakı sevinc ab-havasını birlikdə hiss etmələrinə şərait yaradıb.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [14:51]
NBA-da müntəzəm mövsümün ən yaxşı oyunçusu bəlli olub
- 24.04.2024 [14:14]
Azərbaycan avarçəkənləri lisenziya turnirində iştirak edəcəklər
- 24.04.2024 [13:54]
Azərbaycan tennisçisi beynəlxalq yarışda medal qazanıb
- 24.04.2024 [12:54]
“Azərreyl”in voleybolçusu: Fantastik mövsüm və gözəl sonluq oldu
- 24.04.2024 [12:30]
“Neftçi”nin iki futbolçusu “Qarabağ”la matçı buraxacaq
- 24.04.2024 [12:20]
Samir Abasov: “El-Klasiko”nu analiz etmək mənə düşməz
- 24.04.2024 [11:33]
Şahmat üzrə Azərbaycan çempionatında ikinci finalçı bəlli olub
- 24.04.2024 [11:08]