İQTİSADİYYAT
Anna Kuçeryavaya: Bakıya böyük ümidlərlə gəlmişik
Bakı, 26 aprel, AZƏRTAC
Bu gün bizim məhsullar Rusiyanın bir sıra regionlarında, eləcə də Qazaxıstan, Çin və Afrika ölkələrində yaxşı tanınır. Biz bazara maraq göstərdiyimizə görə, yollarınızda nizam-intizamı dəstəkləmək üçün nəzərdə tutulmuş müasir kompleksləri Azərbaycana gətirmişik. Bunlar “Skat” və “Orakul” - yol hərəkət qaydalarının pozulmasını qeydə alan çoxfunksiyalı foto-videofiksasiya kompleksləridir. Biz Bakıya böyük ümidlərlə gəlmişik və burada yenidən görüşəcəyimizə ümid bəsləyirik.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində "TransCaspian/Translogistica" 2017 sərgisində öz stendi ilə iştirak edən “Olvia LLC” (Rusiya) şirkətinin marketinq üzrə meneceri Anna Kuçeryavaya söyləyib.
Anna Kuçeryavaya deyib: “Biz Sankt-Peterburq şəhərindən gəlmişik və Bakıda keçirilən “Road&Traffiс” sərgisində debüt edirik. Şirkətimiz 1993-cü ildən bəri bazarda fəaliyyət göstərir. Şirkətin əsas brendləri radarlar və yol hərəkəti qaydalarına nəzarət kompleksləridir. Fəaliyyət göstərdiyimiz 24 il ərzində şirkətimiz videofiksasiya və sürət həddinin ölçülməsi funksiyaları ilə təchiz edilmiş və adi kameralarla müqayisədə, daha dəqiq məlumat verən komplekslərin layihələndirilməsi və istehsalı üzərində ciddi iş aparır.