MƏDƏNİYYƏT


Anna Netrebko və Yusif Eyvazlı  Rusiya Böyük Teatrının səhnəsində çıxış edəcəklər

A+ A

Bakı, 15 oktyabr, AZƏRTAC

Dünya operasının ulduzu Anna Netrebko və Azərbaycanın tanınmış opera ifaçısı Yusif Eyvazov oktyabrın 16-da Rusiya Dövlət Akademik Böyük Teatrının səhnəsində Cakomo Puççininin “Manon Lesko” tamaşasında çıxış edəcəklər.

AZƏRTAC “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, Böyük Teatrın baş direktoru Vladimir Urin Moskvada keçirilən mətbuat konfransında deyib: “Xoşbəxtəm ki, Anna ilə Yusif indi Böyük Teatrın səhnəsində işləyirlər. Bu, bizim üçün əhəmiyyətli hadisədir. Onlar oktyabrın 22-də üçüncü tamaşalarında öz partiyalarını ifa edəndən sonra biz mütləq bir yerə toplaşıb sonrakı əməkdaşlıq planlarını müzakirə edəcəyik. İdeyalarımız var. Ümidvaram ki, həmin planlar baş tutacaq”.

Rejissor Adolf Şapironun quruluş verdiyi tamaşanın dirijoru Yader Binyamini, rəssamı Mariya Trequbova, baş xormeysteri Valeri Borisovdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.