MƏDƏNİYYƏT


Anna Netrebko və Yusif Eyvazov Kanadada konsert proqramı ilə çıxış edəcəklər

Bakı, 7 fevral, AZƏRTAC

Dünya operasının ulduzu Anna Netrebko (soprano) və tanınmış musiqiçi Yusif Eyvazov (tenor) aprelin 30-da Kanadanın Kalqari şəhərində Cek Sinqer zalında konsert proqramı ilə çıxış edəcəklər.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumat ifaçıların və “Calgary Opera” şirkətinin saytlarında yer alıb. Konsertdə C.Verdi, C.Puççini və başqa bəstəkarların əsərləri ifa olunacaq. İfaçılar Kalqari Filarmonik Orkestrinin müşayiəti ilə çıxış edəcəklər. Orkestrə Yader Biqnamini dirijorluq edəcək.

Rusiyanın Xalq Artisti, beynəlxalq müsabiqələr laureatı Anna Netrebko operalarda yaddaqalan obrazlar yaratmaqla yanaşı, konsert proqramları ilə də çıxış edir. Onun solo diskləri bestsellerə çevrilib. Musiqiçi haqqında çəkilmiş sənədli filmlər Avstriya, Danimarka, Almaniya, Rusiya və İsveçrədə nümayiş etdirilib.

Karyerasına İtaliyanın teatr və konsert zallarında başlayan Y.Eyvazov 2008-ci ildə Milanda Opera Müğənniləri Beynəlxalq Müsabiqəsinin Qran-pri mükafatına layiq görülüb. O, 2012-ci ildə Bakıda Vokalçıların Bülbül adına VI Beynəlxalq müsabiqəsinin qalibi olub. Y.Eyvazovun adı “Dünyanın ən yaxşı tenorları” kitabına daxil edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.