CƏMİYYƏT


Anqola Prezidentinin nümayəndələri Dövlət Neft və Sənaye Universitetində olublar

A+ A

Bakı, 22 iyul, AZƏRTAC

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Anqola Respublikasının nümayəndələri ilə görüş keçirilib.

Görüşdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı, Anqola prezidentinin nümayəndəsi Frederico Ferraz Domingos və digər nümayəndələr iştirak ediblər.

Universitetdən AZƏRTAC-a bildirilib ki, M.Babanlı bu ali məktəbin yüksəkixtisaslı kadrlar yetişdirdiyinə görə hər zaman ön cərgələrdə olduğunu bildirib. ADNSU-nun Anqola prezidenti Duş Santuş kimi məzunu ilə fəxr etdiyini deyən rektor universitetin fəaliyyəti, tələbə və müəllimləri, eyni zamanda qarşıda duran planlarla bağlı məlumat verib.

Yenidən Azərbaycana gəlməkdən və doğma universiteti ziyarət etməkdən məmnunluğunu bildirən anqolalı nümayəndə ADNSU-nun məzunu olduğu üçün fəxr etdiyini deyib: “Mən bu gün doğma evimə gəlmişəm. Bizim ən gözəl günlərimiz burada keçib. Prezident Duş Santuş da hər zaman doğma universiteti xatırlayır. O, bu universiteti 1969-cu ildə bitirib”.

Rektor qeyd edib ki, hər il keçmiş məzunları bir araya toplayan ADNSU növbəti il həmin tədbirdə prezident Duş Santuş başda olmaqla bu ali məktəbin digər anqolalı məzunlarını görməkdən şad olardı.

Daha sonra qonaqlar universitetin nəzdindəki tarix muzeyində eksponatlarla tanış olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.