ELM VƏ TƏHSİL


Anqolanın neft naziri Bakı Ali Neft Məktəbində

Bakı, 6 iyun, AZƏRTAC 

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Anqolanın neft naziri Xose Maria Botelyo de Vaskonselosun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

BANM-dən AZƏRTAC-a bildirilib ki, nümayəndə heyətinin tərkibində Anqolanın “Sonangol” neft şirkətinin icraçı direktoru və icraçı komissiyasının prezidenti Paulino Xeronimo da olub.

Görüşdə BANM-in rektoru Elmar Qasımov Anqola və Azərbaycanın təhsil əlaqələrindən danışıb və bu əlaqələrin inkişafının hər iki ölkənın maraqlarına xidmət edə biləcəyini vurğulayıb. O, Anqola tələbələrinin BANM-də təhsil almasını təklif edib. E.Qasımov yeni açılmış kampusda onlar üçün hər cür imkanların yaradılacağını, tədrislə yanaşı, SOCAR-ın müəssisələrində təcrübə keçə biləcəklərini xüsusi qeyd edib.

Xose Maria Botelyo de Vaskonselos həm ölkəsinin Neft Nazirliyinin, həm də “Sonangol” şirkətinin anqolalı gənclərin xarici ölkələrdə təhsili üçün təqaüd proqramları həyata keçirdiyini və onların Azərbaycanda da təhsil almalarında maraqlı olduqlarını bildirib. Anqolanın neft naziri bu istiqamətdə müvafiq tədbirlərin həyata keçiriləcəyini deyib. O, mühəndislik üzrə ali təhsil verəcək təhsil müəssisəsinin yaradılması ilə bağlı layihə üzərində çalışdıqlarını və bu istiqamətdə BANM-in təcrübəsindən yararlanacaqlarını bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.