SİYASƏT


Antalya Azərbaycan Kültür və Həmrəylik Dərnəyi etiraz bəyanatı yayıb

Bakı, 12 iyul, AZƏRTAC

Antalya Azərbaycan Kültür və Həmrəylik Dərnəyi Füzuli rayonunun Alxanlı kəndinin sakinləri Allahverdiyeva Sahibənin və onun 2 yaşlı nəvəsi Quliyeva Zəhranın Ermənistan silahlı qüvvələri tərəfindən vəhşicəsinə qətlə yetirilməsi ilə bağlı bəyanat yayıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, bəyanatda Azərbaycan torpaqlarının iyirmi faizini işğal edən Ermənistanın bilərəkdən, sistemli şəkildə beynəlxalq hüququn norma və prinsiplərini pozaraq, mülki insanları, xüsusilə qadınları, uşaqları hədəf aldığı bildirilir. Bu vəziyyətin beynəlxalq ictimaiyyət tərəfindən araşdırılmasına, Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərindən qeyd-şərtsiz çəkilməsi üçün zəruri sanksiyaların tətbiq edilməsinə çağırılıb.

Sənəddə Ermənistan ordusu tərəfindən Azərbaycan ərazilərində törədilən təcavüz və təxribat faktlarının hiddətlə qarşılandığı vurğulanıb. Antalya Azərbaycan Kültür və Həmrəylik Dərnəyi mülki əhali, o cümlədən uşaqların qətlə yetirilməsinə dünya ictimaiyyəti və beynəlxalq təşkilatlardan sərt mövqe nümayiş etdirməyi tələb edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.