CƏMİYYƏT


Antalya-Bakı aviareysi ilə gələn şəxsin çantasından "beşbarmaq" və dəyənək aşkar edilib

A+ A

Bakı, 18 avqust, AZƏRTAC

Antalya-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşının baqajına rentgen aparatı ilə baxış zamanı monitorda "beşbarmaq" və dəyənəyin təsvirləri görünüb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları həmin baqaja təkrar yoxlama keçiriblər və vətəndaşın çantasından 1 ədəd metaldan hazırlanmış "beşbarmaq" və 1 ədəd dəyənək aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.