DÜNYA


Antalya Film Festivalının keçirilmə tarixi məlum olub

A+ A

Bakı, 10 oktyabr, AZƏRTAC

Oktyabrın 16-da Türkiyənin Antalya şəhərində 53-cü Beynəlxalq Antalya Film Festivalına start veriləcək.

Anadolu agentliyinin məlumatına görə, festivalın “Beynəlxalq müsabiqə” kateqoriyası üzrə 10-dək ekran əsəri nümayiş olunacaq.

Oktyabrın 23-dək davam edəcək festivalda “Ən yaxşı film”, “Ən yaxşı rejissor”, “Ən yaxşı ssenari”, “Ən yaxşı musiqi”, “Ən yaxşı qadın oyunçu” mükafatlarının sahibini ingilis rejissor Hyu Hudsonun başçılıq etdiyi beynəlxalq tammetrajlı münsiflər heyəti müəyyən edəcək.

Ən yaxşı ekran əsəri “Qızıl portağal” heykəlinə və 50 min avroluq pul mükafatına layiq görüləcək.

Festivalda Türkiyə filmləri ilə yanaşı, İsrail, İspaniya, Gürcüstan, Bolqarıstan, Fransa, İtaliya, Belçika, Polşa, Hollandiya və digər ölkələrin ekran əsərləri nümayiş olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.