DÜNYA


Antalya sahillərində batan gəmidən 79 nəfər təxliyə edilib

A+ A

Bakı, 4 sentyabr, AZƏRTAC

Antalya sahillərində gəzinti gəmisi qəzaya uğrayıb.

AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, qəza nəticəsində gəmidə olan sərnişinlərdən 79-u xilas edilib. İki nəfərin isə itkin düşdüyü bildirilir. İtkin düşənlərdən biri xarici ölkə vətəndaşıdır.

Güclü külək və yağış nəticəsində “Kurt-C” adlı gəmiyə su dolmağa başlayıb. Sərnişinləri xilas etmək üçün dəniz polisi və Sahil Mühafizə qüvvələri dərhal əraziyə cəlb edilib. Sərnişinlərin təxliyə edilməsindən sonra gəmi batıb. Dəniz polisi təxminən 45 metr dərinlikdə batan gəmidə sərnişinlərdən olub-olmadığını bilmək üçün əməliyyata başlasa da, pis hava şəraiti üzündən işlər dayandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.