CƏMİYYƏT


Antarktidada nəhəng aysberq parçalana bilər

Bakı, 10 yanvar, AZƏRTAC

Antarktidada Larsen C buz şelfindən nəhəng bir aysberqin ayrılmaq üzrə olduğu ilə bağlı məlumat yayılıb.

AZƏRTAC sciencedaily.com saytına istinadla xəbər verir ki, buz şelfində yaranmış çat nəticəsində 5 min kvadratkilometr sahəsi olan aysberq parçalana bilər. Tədqiqatçılar buz dağının parçalanmasının səbəblərini araşdırırlar.

Qeyd edək ki, aysberqin sahəsi Birləşmiş Krallığın Norfolk vilayəti və ya ABŞ-ın Delaver ştatının ərazisi qədərdir. Larsen C buz şelfi isə Uelsin ərazisindən iki dəfə böyükdür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.