İQTİSADİYYAT


Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının  Müdafiəsi Dövlət Xidməti istehlakçılara müraciət edib

Bakı, 13 iyul, AZƏRTAC

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlakçılara müraciət edib.

Dövlət Xidmətindən AZƏRTAC-a bildiriblər ki, istehlakçılar sifariş əsasında yerinə yetirilən xidmətlərlə bağlı gələcəkdə hüquqlarının pozulmasına səbəb olan halların aradan qaldırılmasını tələb etmək üçün xidmət göstərilməsi (işin yerinə yetirilməsi) məqsədilə sifarişi aşağıdakı məlumatları özündə əks etdirən müqavilə tərtib edilməklə rəsmiləşdirilməsini icraçıdan tələb etməyi unutmamalıdırlar. Məlumatlar: icraçının hüquqi ünvanı, sifarişçinin adı və soyadı, ünvanı və telefonu; sifarişin qəbul olunması tarixi, yerinə yetirilməsi müddəti və avans məbləği; xidmətin (işin) növü, onun yerinə yetirilməsi üçün icraçı və istehlakçı tərəfindən təqdim olunan materialların (əşyaların) tam adı; xidmətin qarşılıqlı razılaşdırılmış dəyəri və miqdarı; təmirə verilən mal haqqında məlumatı; tərəflərin məsuliyyəti; sifarişçinin və qəbul edənin imzaları; tərəflərin razılığı ilə digər məlumatları.

İstehlakçılar əlavə məlumat əldə etmək üçün Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət edə bilərlər (əlaqə telefonları: (012) 498-15-01 və (012) 498-15-04).

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.