DÜNYA
Anton Çexovun məktubu hərracda 3,6 milyon rubla satılıb
Bakı, 3 oktyabr, AZƏRTAC
Böyük rus yazıçısı Anton Çexovun 23 yaşında olarkən yazdığı məktub “Litfond” satış evinin təşkil etdiyi hərracda 3,6 milyon rubla satılıb.
AZƏRTAC Vesti.ru saytına istinadla xəbər verir ki, həmin məktub Çexov tərəfindən hələ tanınmadığı və ilk kitabının çap edilməsindən bir il əvvəl yazılmışdı. Məktubun ünvanlandığı şəxs isə Çexov ailəsinin dostu Qavriil Kravtsov idi. Lotun start qiyməti 2,1 milyon rubl təşkil etsə də, hərracın gedişində onun qiyməti 3,6 milyon rubla yüksəlib.
Hərracda, həmçinin Anton Çexovun A.Çexonte təxəllüsü ilə 1884-cü ildə nəşr etdirdiyi “Melpomenanın nağılı. Altı hekayə” adlı ilk kitabı 1,8 milyon rubla alıcı tapıb.
Bir qədər əvvəl isə Mixail Bulqakovun məktubunun hərracda yarım milyon rubla satıldığı bildirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [19:24]
Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib
- 26.04.2024 [19:11]
İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub
- 26.04.2024 [18:26]
Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir
- 26.04.2024 [17:57]
Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir
- 26.04.2024 [17:45]
Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur
- 26.04.2024 [16:57]
Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb
- 26.04.2024 [16:44]
Vyetnam parlamentinin sədri istefa verib
- 26.04.2024 [16:32]