İQTİSADİYYAT


Antoniu Quterriş: “Yaşıl” iqtisadiyyata keçənlər uzaqgörənlik nümayiş etdirirlər

Bakı, 3 iyun, AZƏRTAC

İqlim dəyişmələrini dayandırmaq qeyri-mümkündür, lakin qlobal istiləşməyə qarşı mübarizə hərəkatını da dayandırmaq artıq mümkün deyil. “Yaşıl” iqtisadiyyat gələcəyin iqtisadiyyatıdır.

AZƏRTAC BMT-nin Xəbərlər Mərkəzinə istinadla bildirir ki, BMT-nin baş katibi Antoniu Quterriş bu fikri Sankt-Peterburqda keçirilən Beynəlxalq İqtisadi Sammitdə söyləyib.

Antoniu Quterriş bütün ölkələrin hökumətlərini bəşəriyyətin salamat qalması naminə qəbul edilmiş İqlimə dair Paris Sazişində müəyyən olunmuş yolla irəliləməkdə davam etməyə çağırıb.

BMT-nin başçısı deyib: “Amerika cəmiyyətinə gəldikdə isə mən qəti əminəm ki, ştatlar, şəhərlər, biznes dairələri, vətəndaş cəmiyyəti bu sahədə fəaliyyətlərini davam etdirəcək və “yaşıl” iqtisadiyyata sərmayə qoyacaqlar, çünki bu, səmərəli iqtisadiyyatdır, gələcəyin iqtisadiyyatıdır.

A.Quterriş daha sonra deyib ki, Paris Sazişini yerinə yetirənlər uzaqgörənlik nümayiş etdirirlər. XXI əsr iqtisadiyyatında məhz onlar lider olacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.