İQTİSADİYYAT


“Antonov” Azərbaycan üçün təyyarə istehsalı üzrə işlərə başlayıb

A+ A

Kiyev, 26 avqust, AZƏRTAC 

Ukraynanın “Antonov” dövlət müəssisəsi Azərbaycan aviaşirkəti ilə müqavilə çərçivəsində bu modeldən olan on ədəd “An-178” təyyarəsinin istehsalı üzrə işlərə başlayıb. Bu barədə AZƏRTAC “Slovo i Delo” Ukrayna portalına istinadla xəbər verir.

“Antonov” dövlət müəssisəsinin prezidenti Aleksandr Kotsyuba qeyd edib ki, “An-178”-in sertifikatlaşdırma sınaqlarının keçirilməsi şirkət üçün əsas prioritetlərdən biridir. Şirkət prezidenti deyib: “Biz təyyarələri CS-25 Avropa normalarının tələblərinə uyğun sınayırıq”.

Hazırda “An-178” ümumilikdə müddəti 160 saatdan çox olmaqla, təxminən 100 uçuş yerinə yetirib.

Müəssisənin mətbuat xidmətinin məlumatına görə, bu gün təyyarə uçuş sınaqlarını davam etdirməyə hazırdır. Həmçinin altlıqlar və konteynerlərdə malları yükləmə və boşaltmanı həyata keçirmək planlaşdırılır.

Zeynal Ağazadə

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.