DÜNYA
Ənvər Qarqaş: BƏƏ regionda çiçəklənməni gücləndirmək üçün milli dövlətlərin mövcudluğunun qorunması dəyərlərinin möhkəmləndirilməsinə çalışır VİDEO
Əbu-Dabi, 26 noyabr, AZƏRTAC
Birləşmiş Ərəb Əmirlikləri qurulduğu vaxtdan ötən 43 il ərzində müdrik rəhbərlərinin sayəsində böyük nailiyyətlərə imza atıb.
AzərTac xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici işlər üzrə dövlət naziri Ənvər Qarqaş bu sözləri BƏƏ-nin yaranmasının 43-cü ildönümü münasibətilə Milli Media Şurasının dəvəti ilə burada səfərdə olan, dünyanın 45 ölkəsindən 100-dək xarici kütləvi informasiya vasitəsinin nümayəndələri ilə görüşündə deyib.
O bildirib ki, bu illər ərzində ölkəsinin rəhbərləri tərəfindən neftdən gələn gəlirlər ədaləti, hüquqi, bərabərlik prinsipini əsas tutan dövlətin qurulmasına və ölkənin bütün vətəndaşlarının və burada yaşayanların layiqi həyat səviyyəsinin təmin edilməsinə sərf olunub.
Ənvər Qarqaş deyib ki, bu gün Birləşmiş Ərəb Əmirlikləri vahid, çiçəklənən, sabit dövlətdir və gələcəyə aydın baxışlarla baxır. Sabitlik, əminamanlıq, ölkə rəhbərliyinin aydın baxışlara malik olması BƏƏ-nin bütün sahələrdə böyük uğurlar qazanmasına güclü təkan verib.
Ənvər Qarqaş deyib: “BƏƏ-nin xarici siyasətində vurğulanır ki, onun ölkəsi regional rol oynamağa səy göstərmir, lakin o, problemlər, acı və çətin hadisələrlə üzləşən regionda çiçəklənməni gücləndirmək üçün milli dövlətlərin mövcudluğunun qorunması dəyərlərinin möhkəmləndirilməsinə çalışır. Birləşmiş Ərəb Əmirlikləri regionda siyasi quruluşları hədələyən özünü “İraq və Şam İslam Dövləti” (İŞİD) adlandıran terrorçu qruplaşmanın yayılmasından narahatdır. BƏƏ regionda terror və ekstremizimlə mübarizədə və milli dövlətin mövcudluğunun qorunmasında biri- birinə dəstək verən sabit və güclü sistem yaratmağa çalışır”.
Suriyadakı problemə toxunan dövlət naziri bildirib ki, perspektivdə bu məsələnin həllinin görmür. Bu məsələnin yeganə həlli yalnız Rusiya-Amerika sammiti baş tutduğu təqdirdə mümkündür.
İbad Bağırov
AZƏRTAC-ın müxbiri
Əbu-Dabi