İDMAN


Anxel Di Mariya Çin klubunun hədəfində

Bakı, 29 dekabr, AZƏRTAC

Futbol üzrə Argentina milli komandasının və Fransanın “PSJ” klubunun yarımmüdafiəçisi Anxel Di Mariya karyerasını Çində davam etdirə bilər.

AZƏRTAC xəbər verir ki, Çin klublarından biri argentinalını qış fasiləsində heyətinə cəlb etmək istəyir. Belə ki, əgər keçid baş tutsa, “PSJ” klubu bu transferdən 60 milyon avro qazana bilər.

Xatırladaq ki, 2015-ci ildən Paris klubunda çıxış edən Anxel Di Mariya keçirdiyi 43 matçda rəqib qapılarına 11 dəfə yol tapıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.