CƏMİYYƏT


Aparıcı təhsil şirkətlərinin nümayəndələri Azərbaycan Tibb Universitetinin müasir infrastrukturundan razı qalıblar

A+ A

Bakı, 28 oktyabr, AZƏRTAC

Almaniyanın paytaxtı Berlində gələn həftə keçiriləcək beynəlxalq təhsil sərgisinin bir qrup iştirakçısı Azərbaycan Tibb Universitetində (ATU) olub.

Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Hindistan, Pakistan, Banqladeş, Şimali Kipr, İspaniya, Nigeriya, Kamerun, Türkiyə və Böyük Britaniyanı təmsil edən aparıcı təhsil şirkətlərinin nümayəndələri ATU-nun klinikalarında tələbələr üçün yaradılan şəraitlə tanış olublar. Həmçinin onlara ATU-nun simulyasiya mərkəzində tələbələrin təcrübi vərdişlərinin tədrisi barədə məlumatlar verilib. Eyni zamanda, qonaqlar ATU-nun xarici tələbələrə aid yataqxanasına baş çəkərək burada yaradılan yaşayış şəraitindən məmnun olduqlarını bildiriblər.

Qonaqlar ATU-da mövcud olan müasir infrastrukturun təhsilin dünya standartlarına uyğun aparılmasına tam imkan verdiyini qeyd ediblər. Bildiriblər ki, bu, onlara Azərbaycan Tibb Universitetini Berlində keçiriləcək beynəlxalq təhsil sərgisində yüksək səviyyədə təbliğ etməyə imkan verəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.