DÜNYA


“Apple” 2017-ci ildə 3 yeni smartfon buraxacaq

Bakı, 22 dekabr, AZƏRTAC

“Apple” korporasiyası 2017-ci ildə bazar üçün üç yeni smartfon modelini istehsal etməyi planlaşdırır.

AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, eyni zamanda şirkət istifadəçilərə yeni “Ferrari” flaqman cihazını nümayiş etdirməyi nəzərdə tutur.

Modellər artıq D20, D21 və D22 kod adlarını alıblar. Bununla belə, bu cihazların kütləvi bazara çıxmazdan əvvəl necə adlandırılacağı ilə bağlı məlumat verilmir.

Bundan əvvəl isə bildirilib ki, “Apple” nümayəndələri çevik displeylə təchiz edilmiş qatlanan smartfon təqdim ediblər. Qeyd olunur ki, bu cihaz bir dəfə deyil, bir neçə dəfə qatlana biləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.