ELM VƏ TƏHSİL
“Apple EarPods” qulaqlığının fotosu yayılıb
Bakı, 30 iyun, AZƏRTAC
Qarşıdakı yeddinci nəsil “iPhone” barədə məlumat axını artıq o səviyyəyə çatıb ki, cihaz haqqında praktik olaraq hər şey məlumdur, buna görə də hər hansı yeni maraq doğuracaq təfsilata ehtiyac yoxdur. “Apple iPhone 7”nin dizaynı və xüsusiyyəti ictimaiyyətə onun rəsmi təqdimindən (xatırladaq ki, ənənəvi olaraq bu ilin sentyabrında keçiriləcək) əvvəl bəllidir, lakin bir sıra dəqiqləşdirilməmiş məsələlər mövcuddur ki, onlardan biri də “iPhone 7”də qulaqlıqdan istifadə etməyin mümkün olub-olmamasındadır.
AZƏRTAC “planet-today.ru” saytına istinadla xəbər verir ki, bəzi məlumatlara görə, qurğuda qulaqlıq üçün 3,5 millimetr qoşulma yeri olmayacaq, digər məlumatlara görə “Apple” əksər qulaqlıqlarla işləyə biləcək. Lakin bu ərəfədə meydana çıxan “iPhone 7” qulaqlıq dəstinin fotosu bütün anlaşılmazlığa son qoyur – şəkildə təsvir edilən “Apple EarPods” “Lightning” girişi ilə təchiz edilib.
Yəni, 3,5 millimetr girişi olan qulaqlıq və “Apple” şirkətindən yeni smartfonla dostluq etmək istəyənlər xüsusi keçirici əldə etməlidirlər.