DÜNYA


“Apple Support” əlavəsi istifadəçiləri texniki dəstəklə təmin edəcək

A+ A

Bakı, 10 noyabr, AZƏRTAC

“Apple” şirkəti “iOS” əməliyyat sistemi üçün texniki xidmətlə rabitə əlaqəsi yaratmaq məqsədi daşıyan “Support” adlı yeni əlavəni istifadəyə verib.

AZƏRTAC “4PDA” resursuna istinadən xəbər verir ki, istifadəçi proqram vasitəsilə telefon və ya quraşdırılmış çat ilə “AppleCare” texniki dəstək xidməti əməkdaşı ilə “Apple Store” pərakəndə satış mağazalarında pulsuz xüsusi “Genius Bar” məsləhətlər və dəstək bölməsinə gələrək qurğunu təmirə vermək və ya digər problemləri həll etmək üçün danışa bilər. Həmçinin əlavədə texniki dəstək xidməti mütəxəssisinin istifadəçini gözləyərək vaxt itirməmək üçün lazımi mağazanı, gəlmə vaxtı və tarixini qeyd etmək olar.

Hazırda yalnız ABŞ-da istifadə edilən “Apple Support” əlavəsindən tezliklə digər ölkələrdə də yararlanmaq mümkün olacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.