DÜNYA


“Apple” dünyanın ən bahalı brendi seçilib

A+ A

Bakı, 6 oktyabr, AZƏRTAC

“Interbrand Corb” şirkətinin versiyası üzrə dünyanın ən bahalı brendlərinin reytinqinə “Apple” şirkəti başçılıq edir.

AZƏRTAC xəbər verir ki, “Interbrand” şirkəti tərəfindən hazırlanan 2016-cı ilin ən bahalı brendlərinin hesabatına əsasən, “Apple”in qiyməti 5 faiz artaraq 179,1 milyard dollar təşkil edib.

“Interbrand”in reytinqinin ikinci yerində “Google” korporasiyası gəlir. Bu şirkətin qiyməti 11 faiz artaraq 113,3 milyard dollar təşkil edib.

Qiyməti 73,1 milyard dollar olan “Coca-Cola” brendi isə reytinq sırasının üçüncü yerini tutur.

“Interbrand”in TOP-10-luğuna, həmçinin “Microsoft”, IBM, “Samsung” və “Amazon” kimi brendlər daxil edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.