ELM VƏ TƏHSİL
“Apple” sifətin tanınması texnologiyasının istehsalçısını satın alıb
Bakı, 13 iyun, AZƏRTAC
“Apple” şirkəti İsrailin sifətin tanınması texnologiyasının hazırlanmasında ixtisaslaşan “RealFace” şirkətini satın alıb.
AZƏRTAC “3dnews.ru” saytına istinadla bildirir ki, Təl-Əvivdə fəaliyyət göstərən “RealFace” şirkətinin əsası 2014-cü ildə qoyulub. Şirkətə sahib olmaq “Apple” korporasiyasına iki milyon dollara başa gəlib.
“RealFace” saytı hazırda “offline” rejimdə işləyir. Startap sifətin tanınması üzrə süni intellektlə inteqrasiya edilən unikal texnologiya hazırlayıb. “RealFace” proqram təminatı digər qurğularla müqayisədə sifətin asanlıqla tanınmasını təmin edir. Şirkətdən verilən məlumata görə yeni proqram müştərilərə sistemə giriş üçün “ağıllı” biometrik həll təklif etməyə çalışır ki, bunu mobil qurğularda da istifadə etmək mümkün olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [18:40]
AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər
- 19.04.2024 [18:26]
ADPU-da “Heydər Əliyev dərsləri” davam edir
- 19.04.2024 [18:04]
“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans
- 19.04.2024 [17:43]
“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib
- 19.04.2024 [17:33]