İQTİSADİYYAT


“Apple” şirkəti 10,5 düym diaqonala malik “iPad Pro” hazırlayır

A+ A

Bakı, 15 avqust, AZƏRTAC 

“KGI Securities” şirkətinin analitiki, istehsalçıların tədarük zənciri ilə əlaqələrinə görə tanınan Minq-Çi Kuo “iPad” planşetləri xəttinin inkişafı istiqamətində “Apple” şirkətinin planlarına dair öz fərziyyələrini bölüşüb.

AZƏRTAC “Ferra.ru” saytına istinadla xəbər verir ki, Minq-Çi Kuonun fikrincə, “Apple” şirkəti 2017-ci ildə “iPad Pro”nun displeyinin diaqonalı 10,5 düym olan yeni versiyasını təqdim etməyi planlaşdırır. Bu, ölçüsü 12,9 düym “iPad Pro 2”ni və “büdcəyə uyğun” 9,7 düym “iPad”i tamamlayacaq. Lakin analitik ölçüsü 7,9 düym olan “iPad mini”nin taleyi barədə bir söz deməyib. Displeyinin diaqonalı 10,5 düym olan “iPad Pro” TSMC istehsalı olan 10 nanometrlik A10X prosessoru, nisbətən ucuz 9,7 düym “iPad” isə TSMC istehsalı olan A9X prosessoru ilə təchiz ediləcək.

Minq-Çi Kuo “Apple” şirkətindən “iPad” xəttində “inqilabi dəyişiklikləri” 2018-ci ildən tez gözləmir. “İnqilabi” ifadə altında dizaynda radikal dəyişiklik və AMOLED displeylərinə keçid nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.