DÜNYA


“Apple” şirkəti “iPhone 7” smartfonunu təqdim edib

A+ A

Bakı, 8 sentyabr, AZƏRTAC

“Apple” korporasiyası San-Fransiskoda keçirilmiş təqdimat çərçivəsində “iPhone 7” və “iPhone 7 Plus” smartfonlarını təqdim edib.

Yeni “iPhone” smartfonları su və toz keçirməzdir. Mobil telefonda “Home” düyməsindən imtina edilib.

AZƏRTAC “lenta.ru” saytına istinadən xəbər verir ki, “iPhone 7” 12 meqapiksellik kamera ilə təchiz edilib və təsvirin optik sabitləşməsi seçiminə malikdir. Yeddi meqapiksellik ön kamera “HD” formatında şəkillər çəkəcək. “iPhone 7 Plus” qurğusu iki kamera - biri telefoto (uzaqda yerləşən predmetlərə fokuslanmağa imkan verən obyektiv), ikincisi isə genişbucaqlı optika ilə təchiz edilib. Bundan başqa, 10 qat optik zuma malikdir.

İlk dəfə olaraq “iPhone” smartfonları stereodinamiklərlə təchiz edilib. Yeni qurğuda qulaqlıqlar üçün audio konnektor yoxdur, onu “Lightning” port əvəz edib. “AirPods” adlı simsiz qulaqlıqlar hazırlanıb.

“iPhone 7” və “iPhone 7 Plus” smartfonları dördnüvəli 64 bitlik “A10 Fusion” prosessoru ilə təchiz edilib. Yeni prosessor əvvəlkindən 40 faiz, birincidən isə 120 dəfə sürətlidir. “iPhone 7” dünyada ən sürətli smartfondur.

Aparatın qrafikası “iPhone 6” ilə müqayisədə 3 dəfə, “6s” ilə müqayisədə isə 50 faiz sürətləndirilib. “iPhone” smartfonları tarixində ilk dəfə ən uzunmüddətli işləyən batareya ilə təchiz edilib.

Sentyabrın 16-dan satışa çıxarılacaq “iPhone 7” modelinin başlanğıc qiyməti 649 dollar,

“iPhone 7 Plus”da isə 769 dollardır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.