DÜNYA


“Apple” şirkəti onlarla əməkdaşını ixtisar edib

A+ A

Bakı, 10 sentyabr, AZƏRTAC

“Apple” sürücüsüz avtomobil layihəsi ilə əlaqədar şirkətin müxtəlif şöbələrində çalışan onlarla əməkdaşını ixtisar edib.

AZƏRTAC “New York Times”a istinadən xəbər verir ki, mütəxəssislərin işdən çıxarılmasına səbəb “Titan” adlı layihənin reallaşmasında şirkətin çətinliklərlə üzləşməsi olub. Son iki ildə “Apple” bu layihəyə investisiyanı artırsa da, əhəmiyyətli irəliləyişə nail olmayıb.

Qeyd edək ki, ötən ilin sentyabrında mətbuatda sürücüsüz avtomobilin 2019-cu ildə istehsalına başlanılacağı barədə məlumat yayılmışdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.