DÜNYA


“Apple” sürücüsüz avtomobillər üçün proqram təminatının yaradılması üzərində işləyir

Bakı, 14 iyun, AZƏRTAC

“Apple” şirkətinin rəhbəri Tim Kuk korporasiyanın sürücüsüz avtomobillər üçün proqram təminatının yaradılması üzərində işləməsini rəsmən təsdiq edib.

AZƏRTAC “belta.by” saytına istinadən xəbər verir ki, “Apple” rəhbərliyi bu layihənin hazırda süni intellekt sahəsində prioritet olduğunu qeyd edib. Bundan əvvəl belə texnologiyanın hazırlanması barədə şayiələr yayılsa da, ancaq rəsmi məlumat yox idi.

Məlum olub ki, “Apple” şirkəti sürücüsüz avtomobillər yaratmayacaq. Tim Kuk deyib ki, onun komandası yalnız gələcəkdə avtomobilləri tamamilə idarə edəcək proqram təminatı üzərində işləyir. Bundan sonra bu texnologiyalar tanınmış avtomobil şirkətlərinə satılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.