DÜNYA


“Apple” yeni “MacBook Pro” noutbuklarını təqdim edib

A+ A

Bakı, 28 oktyabr, AZƏRTAC

ABŞ-ın “Apple” korporasiyası Kaliforniya ştatının Kupertino şəhərində ikinci payız təqdimatını keçirərək

yenilənmiş “MacBook Pro” noutbuklarını ictimaiyyətə təqdim edib.

Yenilənmiş “MacBook Pro” noutbukları 13 və 15 düymlük displeylərlə təchiz edilib. Cihazların korpusu alüminium materialından hazırlanıb, qurğular daha nazik və yüngül olub. On üç düymlük noutbuk modelinin qalınlığı 14.9 millimetr təşkil edir, halbuki əvvəlki nəsil modelin qalınlığı 18 millimetr idi. Bundan başqa, noutbukun ölçüsü 23 faiz, çəkisi isə 200 qram azalıb. İndi 13 düymlük leptopun çəkisi 1,35 kiloqramdır. On beş düymlük “MacBook Pro” noutbuk modelinin qalınlığı isə indi 15 millimetrdir. Bu noutbukun ölçüsü 20 faiz, çəkisi isə 200 qram azalaraq 1,8 kiloqram təşkil edir.

AZƏRTAC “newsru.ru” saytına istinadən xəbər verir ki, noutbukların ekranı 67 faiz daha parlaq və daha kontrast olub və 25 faiz daha çox rəng əks etdirir. Həmçinin şirkətin rəsmiləri bildiriblər ki, displeylərin enerji sərfiyyatını 30 faiz azaltmağa da nail olublar.

Yeni 13 düymlük modelin qiyməti 1499 dollardan başlayacaq, 15 düymlük “MacBook Pro” modelinin qiyməti isə 2399 dollar təşkil edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.