DÜNYA


“Apple”in çinli müştərilərinin sayı beş dəfə artıb

A+ A

Bakı, 22 oktyabr, AZƏRTAC

“Apple” şirkəti üçüncü rübün hesabatına görə, 1,7 milyard ABŞ dolları gəlir əldə edib. Bu məbləğin böyük bir qismi şirkətin proqramçılarının gəlirlərindən tutulan komissiyaların payına düşür.

AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, bir müddət əvvəl şirkətin müştəriləri arasında ABŞ istifadəçiləri üstünlük təşkil edirdi. Ancaq son hesabata əsasən, artıq şirkətin çinli müştərilərinin sayı daha çoxdur. Belə ki, çinli istifadəçilərin “App Store” mağazalarına daha çox maraq göstərdikləri müşahidə olunur. 2014-cü illə müqayisədə “Apple”in çinli müştərilərinin sayı beş dəfə artıb. Bunun ən başlıca səbəbi isə şirkətin çinli istifadəçilərinin “iOS” əməliyyat sisteminin oyunlarına daha çox maraq göstərmələridir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.