İQTİSADİYYAT


“Apple”nin əməliyyat sistemlərindəki boşluqları aşkar edənə 500 min dollar veriləcək

A+ A

Bakı, 11 avqust, AZƏRTAC

“Apple” şirkətinin məhsullarının əməliyyat sistemlərindəki boşluqları aşkar edənə 500 min dollar veriləcək.

AZƏRTAC “bloomberght.com”a istinadla xəbər verir ki, "Exodus Intelligence" şirkəti “Apple”nin “İOS 9.3” əməliyyat sistemində nöqsan aşkar edən hakerlərə 500 min dollar ödəyəcəyini vəd edib.

Qeyd edək ki, ötən həftə "Apple" təhlükəsizlik sistemində nöqsanların axtarışı proqramını işə salmışdı. Şirkət təhlükəsizlik sistemində nöqsanları tapan şəxsə 200 min dollar dəyərində pul mükafatı verəcəyini demişdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.