İQTİSADİYYAT


Aprel ayında Bakıda “TransCaspian/Translogistica 2017” sərgisi təşkil olunacaq

Bakı, 2 mart, AZƏRTAC

Aprelin 26-28-də Bakı Ekspo Mərkəzində XVI Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika “TransCaspian/Translogistica 2017” sərgisi keçiriləcək. “Iteca Caspian” şirkətindən AZƏRTAC-a bildirilib ki, dəmiryol sektoru, dənizçilik sənayesi, aviasiya, kommersiya təyinatlı nəqliyyat və nəqliyyat-logistika xidmətləri sahəsində əsas dövlət strukturları ilə yanaşı, kommersiya təşkilatlarını da bir araya toplayan “TransCaspian/Translogistica 2017” sərgisi Xəzəryanı regionun aparıcı nəqliyyat tədbiridir.

Sərgidə nəqliyyat sahəsi üzrə məhsul və xidmətlərin geniş çeşidi - dəniz və dəmir yolları vasitəsilə yükdaşımalar, lokomotivlər, sərnişin və yük vaqonları, hərəkət heyətinin təmiri, dəmiryol nəqliyyatı üçün avadanlıq və komponentlər, gəmiqayırma və gəmi təmiri, dəniz limanları və liman xidmətləri, kommersiya təyinatlı nəqliyyat vasitələri üçün komponentlər və digər istiqamətlər təqdim olunacaq.

Sərgidə kommersiya şirkətləri ilə yanaşı, “Azərbaycan Dəmir Yolları” QSC, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi, Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası və Ukrayna Dəmir Yolları İdarəsi kimi dövlət nəqliyyat strukturları da iştirak edəcəklər.

Sərgi proqramı çərçivəsində “AVP Texnologiya” MMC, “RIRTCD” ASC ilə birlikdə “Lokomotiv təsərrüfatı üçün qabaqcıl texnologiyalar” mövzusunda seminar təşkil edəcək. “Rusaqrotrans” ASC şirkəti isə öz stendində taxıl yüklərinin Rusiyadan Azərbaycan, İran, Gürcüstan və Türkiyə istiqamətlərində daşınması üzrə təqdimat keçirəcək.

“TransCaspian/Translogistica 2017” sərgisi VII Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat

“Road&Traffic” və IV Xəzər Beynəlxalq Kater və Yaxtalar “CIBS 2017” sərgiləri ilə eyni meydançada keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.