İQTİSADİYYAT


Aprel ayında dənizlə daşımaların həcmi artıb

Bakı, 22 may, AZƏRTAC

Cari ilin aprelində “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin gəmiləri ilə daşınan yüklərin həcmində çoxalma olub. Artım həm maye, həm də quru yüklərdə qeydə alınıb.

QSC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, hesabat dövründə 2189 avtomaşının daşınması isə keçən ilin eyni dövründəki nəticəni 67 faiz üstələməyə imkan verib.

Hesabata görə, ötən ay dəniz nəqliyyatı ilə 2300 vaqon daşınıb. Keçən ilin eyni dövründə həmin rəqəm 2143 olub. Bu, faizlə ifadədə 7 faiz artım deməkdir. Ümumilikdə vaqonlarla 370505 ton maye, 73208,5 ton quru yüklər daşınıb.

Apreldə, həmçinin dəniz nəqliyyatı ilə daşınan sərnişinlərin sayında da artım baş verib. Belə ki, ay ərzində 1551 sərnişin daşınıb. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 120 nəfər çoxdur.

Qeyd olunub ki, gəmiçilik daşımalar üçün online sifariş də qəbul edir. Yükün növü, yüklənmə və gediş limanları, ödəyən şəxs və daşınan nəqliyyat vasitəsi barədə məlumatlar daxil edildikdən sonra biletin qiyməti avtomatik hesablanır. Bu sistem istifadəçi üçün vaxt itkisinin qarşısının alınması baxımından çox əlverişlidir. Tariflər qurumun www.acsc.az internet saytında yerləşdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.