MƏDƏNİYYƏT


Aprel qəhrəmanları haqqında sənədli film çəkilir

Bakı, 10 avqust, AZƏRTAC

“Aprel qəhrəmanları: bir andan əbədiyyətə qədər” adlı sənədli filmin çəkilişlərinə başlanılıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Media İnkişaf Mərkəzi İctimai Birliyi tərəfindən reallaşdırılan layihə “Aprel döyüşləri qəhrəmanlarının gənclər arasında təbliği ilə bağlı tədbirlərin təşkili” adlanır.

Layihənin məqsədi 2016-cı il aprel döyüşlərində iştirak etmiş, yaralanmış, şəhid olmuş şəxslərin şücaətindən, ümumiyyətlə, şəhidlik zirvəsinin mahiyyətindən bəhs edən 30 dəqiqəlik sənədli film hazırlamaqdır. Aprel döyüşlərində iştirak etmiş əsgər və zabitlərimizin qəhrəmanlığının geniş təbliği gənc nəslin vətənpərvərlik tərbiyəsi baxımından vacib addımdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.