İQTİSADİYYAT


Apreldə 1,8 milyard kilovat-saata yaxın elektrik enerjisi istehsal olunub

Bakı, 6 may, AZƏRTAC

Aprel ayında ölkə enerjisi sistemində 1,8 milyard kilovat-saata yaxın elektrik enerjisi istehsal olunub.

AZƏRTAC xəbər verir ki, bu barədə “Azərenerji” ASC-nin İctimaiyyətlə əlaqələr və mətbuat xidmətindən məlumat verilib.

“Azərenerji” ASC tərəfindən aprel ayında istehsal edilən elektrik enerjisinin həcmi 1,769 milyard kilovat-saatdır.

Bununla yanaşı, ay ərzində ölkə enerji sisteminin əlaqəsi olan qonşu dövlətlər ilə elektrik enerjisi mübadiləsi davam etdirilib.

“Azərenerji” ASC tərəfindən 2017-ci ilin ilk 4 ayı ərzində istehsal edilən elektrik enerjisinin həcmi 7,897 milyard kilovat-saatdır. Ötən ilin ilk 4 ayı üzrə isə bu göstərici 7,570 milyard-kilovat-saat olub.

Qeyd edək ki, ötən ilin aprel ayı ölkə üzrə 1,676 milyard kilovat-saat elektrik enerjisi istehsal edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.